CellBox nədir?

b_440_0_16777215_00_images_content_low-signal-mobile-phone-020615.jpg

b_440_0_16777215_00_images_content_basement-parking.jpg

Mobil operatorlar GSM siqnalını sahə antennaları vasitəsi ilə müəyyən olunmuş ərazidə yayımını təmin edirlər. Müxtəlif səbəblərdən Mobil operatorların təmin etdiyi siqnal bəzi yerlərdə və hallarda zəifləyir. Bu səbəblər:

  • Binaların inşaat edildiyi materiallar - beton və dəmir konstruksiyaların istifadəsi GSM dalğanın gücünü azaldır, bəzi damların daxilində olan qurğuşun, pəncərlərərdə, ara kəsmələrdə istifadə edilən izolyasiya materialları siqnalı zəiflədə, hətta tam bloklaya bilər
  • Böyük binalar - anbarlar, istehsalat binaları, xəstəxanalar və buna bənzər tikililərdə daxili qıraq divar və pəncərələrdən kənar olan sahənin çox olduğundan, siqnal zəifləyir. Ondan başqa yeraltı sahələrdə (zirzəmilər, yeraltı parking), eyni zaman ticarət mərkəzlərin ortalarında yerləşən mağaza və restoran, kafelərdə həmin vəziyyət də mövcuddur
  • Çoxsaylı interferensiya (Multipath interference) - şəhərdə binaların sıx olduğu yerlərdə dalğalar müxtəlif manelərdə əks olunaraq bir-birini bloklayıb dalğaların bir-birinə təsir edit zəiflətməsinə gətirib çıxarır. Hətta belə yerlədə ölü zonalar (dead zones) yaranma halları olur, orada GSM siqnalı tamamilə yox olur.
  • Mobil operatorların antennaların az olduğu yerlər (şəhərdən kənar ərazilər, şəhərlər arası yollar və s.). Binaların və yaşayışın az olduğu yerlərdə GSM Operatorların istifadəçi sayı az olduqdan, həmin ərazilərdə antennarların quraşdırılması az həyata keçirilir.

CellBox Mobil operatorların bina içərisində yayım dalğası və siqnalı zəif olduğundan yaranan problemləri aradan qaldırmaq üçün bir qurğudur.

Zəif siqnal, telefon danışıqlarına kəsintilər, danışıq zamanı səsin aşağı keyfiyyəti, mobil internetin stabil olmaması və bu kimi başqa problemlər yaşayırsınızsa, CellBox onları həll edə bilər.