Sual-Cavab

1. CellBox hansı GSM operatorlarla işləyir?

CellBox hər 3 GSM operatorun - Azercell, Bakcell və NarMobile şəbəkəsini dəstəkləyir

 

2. CellBox yalnız səs rabitəni gücləndirir, yoxsa GSM operatorlar təqdim edən internet rabitəsini də?

CellBox GSM şəbəkəsi vasitəsi ilə yayılan həm səs, həm də internet (3G) siqnalını gücləndirir. Eyni zaman SMS və MMS xidmətlərin istifadəsi də mümkündür.

 

3. Binadan çöldə siqnalın TAM gücdə olmağı şərtdirmi?

Xeyir. binadan çöldə siqnal səviyyəsinin ən aşağı səviyyədə olması kifayətdir.

 

4. Çöldə siqnal olmadığı halda, CellBox işləyirmi?

Xeyir, çöldə GSM siqnalı 0 səviyyəsində olduğu halda, CellBox-un istifadəsi mümkün deyil

 

5. CellBox eyni zaman neçə mobil telefon və ya mobil qurğu dəstəkləyə bilər?

Eyni anda istifadə edilə biləcək mobil telefonların sayı məhdud deyil, amma çöldə GSM siqnalın çox zəif olduğu halda, nə qədər çox mobil qurğu CellBox-a qoşulsa, o qədər siqnal daxildə zəifləyə bilər.

 

6. CellBox insanın sağlamlığı üçün zərərlidirmi?

Xeyir, CellBox insanın bədəninə zərər vermir. Əksinə əksər bağlantılar kabel üzərində olduğu üçün, dalğaların təsiri azalır. CellBox qurğusunun ifraz etdiyi radiasiya adi cib telefonun səviyyəsindən bir neçə dəfə azdır. Bundan başqa siqnal zəif və ya olmadığı yerdə, sizin mobil telefonunuz daimi olaraq bağlantı yaratmağa çalışır, bu da öz növbədə mobil radiasiya səviyyəsini artırır. CellBox istifadə etdiyiniz zaman mobil rabitə sabit rejimdə təmin olunur, və mobil telefonunun ifraz etdiyi radiasiya 10 dəfələrlrə azalır. Bundan başqa mobil telefonun akumulyator şarjını sərfiyyatı azalır (çünki mobil şəbəkə axtarışı zaman sürəkli olaraq akumulyator gücündən sərf olunur).

 

7. CellBox-un qiyməti nədir?

Bir CellBox quraşdırması bir neçə avadanlıqdan ibarət olduğu üçün qiymət quraşdırma yerinin ölçülərindən, kabellərin uzunluğundan, görüləsi işlərin həcmindən asılıdır. Eyni zaman obyektin daxilində siqnalın yayımı lazım olan sahəsindən asılı olaraq müvafiq gücdə qurğu seçilir

 

8. Zəmanət şərtləri nədir?

Siqanl gücləndirici və antennalar 1 il zəmanətlə təmin olunur, lakin avadanlığa kənar şəxlər tərəfindən hər bir növ müdaxilə olduqda şirkətimiz zəmanət dəstəyini imtina edə bilər. Kabel və başqa birləşdirici və quraşdırma materiallarına zəmanət verilmir.